Taksi sürücüləri ərəb turistlərlə hansı dildə danışır? VİDEO


Digərləri 23 Mar 2018 23:52:49 314 0

Taksi sürücüləri ərəb turistlərlə hansı dildə danışır?  VİDEO

Ölkəmizdə ərəb turistlərin sayı günü-gündən çoxalır. Elə buna görə də əksər restoranlarda ərəbcə menyular təqdim edilir və ya ərəbcə bilən ofisiantlar işləyir.

Amma turistlərin tez-tez müraciət etdiyi taksi xidmətindən çalışanlar isə ərəbcə bilmirlər. Bu isə sürücü ilə müştəri arasında anlaşılmazlığa səbəb olur. Sorğu zamanı əksər ərəb turistin ingiliscə bilmədiyinə şahid olduq.

Son.az bildirir ki, ərəbcə bilən əksər bələdçilər isə həm də turistlər üçün sürücülük edirlər. Amma belə şəxslərin sayı çox azdır.

Taksi şirkətlərində ərəb dilini bilən sürücülər olmur.