Çay daşlarını sənət əsərinə çevirir... VİDEO


Digərləri 23 Mar 2018 23:56:00 263 0

Çay daşlarını sənət əsərinə çevirir...  VİDEO

Daşlara sanki yenidən can verir. Hər bir daş parçasının üzərində bir-birindən maraqlı sənət nümunələri yaradır. Onun əl işləri arasında tarixi şəxsiyyətlərin daş üzərinə həkk olunmuş portretləri çoxluq təşkil edir.

Son.az bildirir ki, Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayan Ədalət Elman 30 ilə yaxındır ki, çay daşları üzərində oyma sənəti ilə məşğuldur.

O deyir ki, bu işə həvəsi kiçik yaşlarında ilk dəfə Qobustan qayaüstü rəsmlərini görəndə yaranıb. Bundan sonra qaya üzərində cızma üsulu ilə həkk olunan təsvirləri çay daşları üzərinə köçürməyə başlayıb.

Müsahibimizin sözlərinə görə, çay daşının kəsmə daşdan, qranitdən, mərmərdən əsas fərqi ondadır ki, çay daşı qəlpə verir. Çay daşının üstündə işləmək çox çətin olduğunu bildirən Elman Əhməd xırda bir səhv, əsərin korlanmasına gətirib çıxara biləcəyini bildirib.