7 yaşı var, amma peşəkar idmançıların məşq proqramlarını icra edir VİDEO


Digərləri 23 Mar 2018 23:58:00 292 0

7 yaşı var, amma peşəkar idmançıların məşq proqramlarını icra edir  VİDEO

Öz çəkisindən dəfələrlə artığını qaldırır, peşəkar idmançıların məşq proqramlarını icra edir... Cəmi 7 yaşı olmasına baxmayaraq 60-70 kiloqramlıq çəki daşları ilə idman edir.

Son.az bildirir ki, Alik Muradovun etdiyi hərəkətlər adətən məşhur idmançıların etdiyi məşq proqramlarından heç də fərqlənmir.

İki ildir ki, peşəkar idmanla məşğul olan Alik həmyaşıdlarından fərqli olaraq vaxtının böyük bir hissəsini məşq zallarında keçirir və demək olar ki, o, burdakı bütün çətin hərəkətlərin öhtəsindən rahatlıqla gəlir.