Banklardan kredit almaq asanlaşır VİDEO


Digərləri 23 Mar 2018 23:48:00 289 0

Banklardan kredit almaq asanlaşır  VİDEO

Bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edilməkdədir.

Son.az bildirir ki, iqtisadçı ekspertlər bunu bankların vəziyyətinin sabitləşməsi və bazarda daha fəal olmaq istəyindən irəli gəldiyinə diqqət çəkirlər.

Kreditlərlə bağlı daha bir vacib məqam isə faizlərin aşağı düşməsi ilə bağlıdır. Artıq banklar kredit bazarında daha çox müştəri cəlb etmək üçün faiz endirimlərinə də start veriblər.

İqtisadçı alim Vüqar Bayramov bildirir ki, bankların kreditləşmə siyasətinin genişlənməsi sahibkarların da işini asanlaşdıracaq.