Ağstafada bir ədəd top mərmisi aşkar edilib


Sosial 23 Mar 2018 23:17:43 258 0

Ağstafada bir ədəd top mərmisi aşkar edilib

Əraziyə ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu cəlb edilib

Martın 23-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Ağstafa rayonunun Köhnəqışlaq kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

“Report” xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.