Qədim maddimədəniyyət nümunələri aşkarlanıb VİDEO


Digərləri 23 Mar 2018 21:10:00 253 0

Qədim maddimədəniyyət nümunələri aşkarlanıb  VİDEO

Kənd sakinləri Ağstafanın Qarahəsənli kəndindəki təpədə yol açmaq məqsədilə qazıntı işləri apararkən qədim maddi-mədəniyyət nümunələrinə rast gəliblər.

Son.az bildirir ki, qazıntı zamanı eyni ölçüdə 4 ədəd küp formasında qəbir və bu qəbirlərin içində həmin dövrlərdə istifadə olunan məişət və bəzək əşyaları, çini qabların qalıqları, eyni zamanda insanın kəllə sümükləri aşkarlanıb. Kənd sakinlərinin böyük marağına səbəb olan əşyaların əksəriyyəti ya sınıb, ya da eroziyaya uğrayıb.

Sakinlər deyir ki, əvvəllər də bu təpədə belə bir əşyaların olduğu haqda qiyabi təsəvvürə malik idilər. Ancaq sonuncu dəfə yol salmaq məqsədi ilə aparılan qazıntı işləri zamanı çıxan tapıntılar yüksəkliyin öyrənilməsinin zəruriliyini artırıb. Təpənin üzərində əvvəllər qədim tikilinin də olduğu deyilir.