Yol qəzası baş verib, ölən var


Digərləri 23 Mar 2018 20:50:00 230 0

Yol qəzası baş verib, ölən var

Lənkəranda yol qəzası olub.

Son.az APA-ya istinadən bildirir ki, ilkin məlumata görə, bir nəfər ölüb. Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Hələlik adı məlum olmayan ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.