Peru parlamenti ölkə prezidentinin istefasını qəbul edib


Dünya 23 Mar 2018 20:33:00 262 0

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul edib

Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

Son.az APA-ya istinadən bildirir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini  parlamentə təqdim edib.