Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb


Sosial 23 Mar 2018 19:56:10 286 0

Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə zamanı yük maşını ilə minik avtomobili toqquşub

Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.