Avropa Parlamenti "Cənub Qaz Dəhlizi"ni dəstəkləyib


Digərləri 23 Mar 2018 19:25:00 237 0

Avropa Parlamenti "Cənub Qaz Dəhlizi"ni dəstəkləyib

Avropa Parlamentində "Yaşıllar" partiyasının irəli sürdüyü Avropa Komissiyasının ümumi maraq siyahısında yer alan enerji layihələrinin, o cümlədən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub QazDəhlizi" layihəsinin əleyhinə çıxış etmək təklifi Avropa Parlamentinin üzvlərinin çoxluğu ilə rədd edilib

Bakı. Ləman Zeynalova - Avropa Parlamentində "Yaşıllar" partiyasının irəli sürdüyü Avropa Komissiyasının ümumi maraq siyahısında yer alan enerji layihələrinin, o cümlədən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub QazDəhlizi" layihəsinin əleyhinə çıxış etmək təklifi Avropa Parlamentinin üzvlərinin çoxluğu ilə rədd edilib. Trend-in məlumatına görə, bu barədə "EUROACTIV" xəbər verir. "Yaşıllar" Avropa Komissiyasının ümumi maraq doğuran layihələrinin siyahısında yer alan qaz layihələrinin əksəriyyəti Paris sazişi çərçivəsində götürülən öhdəliklər ilə düz gəlmədiyini bildirərək bu layihələrin əleyhinə qətnamə qəbul etmək təklifini irəli sürüblər.