Rəşad Sadıqov: "Bu istəklə də oyuna hazırlaşmışdıq"


İdman 23 Mar 2018 18:30:00 258 0

Rəşad Sadıqov: "Bu istəklə də oyuna hazırlaşmışdıq"

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində dünən səfərdə Kosovo yığmasına uduzan (0:2) millimizin baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib. Goal.az xəbər verir ki, Sadıqov oyundan öncə yaxşı nəticə gözlədiklərini deyib.

“Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq. Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Rəqib buraxdığımız kiçik səhvlərdən yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq”. U-21 millimiz martın 27-də İrlandiya seçməsinin qonağı olacaq.