FİFA-dan Munir El Haddadiyə pis xəbər


İdman 23 Mar 2018 16:48:00 285 0

FİFA-dan  Munir El Haddadiyə pis xəbər

FİFA "Barcelona"nın futbolçusu Munir EL Haddadinin Mərakeş millisində oynamaq istəyini rədd edib. Goal.az xəbər verir ki, İspaniya milli komandasında bir matçda iştirak edən hücumçu DÇ-2018-də Mərakeş yığmasında çıxış etmək üçün FİFA-ya müraciət etsə də, onun bu istəyi reallaşmayıb.

İspaniyanın "Alaves" klubunda icarə əsasında çıxış edən 23 yaşlı futbolçu 2014-cü ildə İspaniya milli komandasının formasını geyinib. O, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Makedoniya millisini 5:1 hesabı ilə məğlub etdikləri matçda 13 dəqiqə meydanda olub.