Useyn Bolt "Borussia"da məşqə çıxıb


İdman 23 Mar 2018 16:30:00 296 0

Useyn Bolt "Borussia"da məşqə çıxıb

Məşhur yamaykalı atlet Useyn Bolt "Borussia Dortmund"un açıq məşqində iştirak edib. Goal.az xəbər verir ki, məşq media və azarkeşlərə açıq olub. Dortmund klubunun bazasına 1500-ə yaxın azarkeş toplaşıb. 8 qat Olimpiya çempionu onları peşam etməyib və bir neçə qol vurub.

Bolt daha öncə CAR-ın "Mamelodi Sundowns" klubunun düşərgəsində məşq edirdi. O, peşəkar futbolçu karyerasına başlamaq istədiyini bir neçə dəfə qeyd etmişdi. Yamaykalı sprinter iyunun 10-u Mançesterdə keçiriləcək xeyriyyə oyununda iştirak edəcək.