"Bosniya və Herseqovina ilə Azərbaycan birbiri üçün cəlbedici turizm məkanına çevrilə bilər"


Siyasət 23 Mar 2018 15:48:00 300 0

"Bosniya və Herseqovina ilə Azərbaycan birbiri üçün cəlbedici turizm məkanına çevrilə bilər"

Turizm bugünkü əməkdaşlıq səviyyəsinin daha da yaxşılaşa biləcəyi sahələrdən biridir.

Son.az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç deyib.

Onun sözlərinə görə, turizm sahəsində həm Bosniya və Herseqovina, həm də Azərbaycan çox şey təklif edə bilər:

"Hər şeydən əlavə, turizm elə bir sahədir ki, burada xalqların mentalitetinin oxşarlığı vacibdir. Hər iki ölkə bir-biri üçün cəlbedici turizm məkanına çevrilə bilər. Hər iki ölkə tarixi abidə və təbii gözəlliklər, dağlar, çaylar və göllərlə zəngindir".

M.İvaniç əlavə edib ki, hər iki ölkə gözəl mətbəxə malikdir: "Mən şəxsən bundan əmin oldum. Digər insanların da bu ölkələrin mətbəxi ilə tanış olmaq imkanları olsaydı, yaxşı olardı".

O vurğulayıb ki, turizm sahəsində əlavə əməkdaşlıq üçün kifayət qədər imkan var.