“Qızım bağlı da, qısa da geyinə bilər”


Şou-biznes 23 Mar 2018 15:12:00 246 0

“Qızım bağlı da, qısa da geyinə bilər”

ARB TV-nin "Səhər - Səhər" verilişinin növbəti qonağı Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva olub.

Son.az xəbər verir ki, Səmranın anası qızının geyimləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə fikir bildirib:

"Səmranın "Eurovision"  mahnı müsabiqəsi zamanı qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janra, baxır hansı səhnədədir, harada oxuyur".


Xəbərə aid fotolar