"Qarabağ" üçün Billat məsələsi hələ bağlanmayıb


İdman 23 Mar 2018 14:53:00 250 0

"Qarabağ" üçün Billat məsələsi hələ bağlanmayıb

 Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundowns" klubunun futbolçusu Xama Billiatın meneceri futbolçunun "Qarabağ"la danışıqlarının davam etdiyini bildirib. Goal.az xəbər verir ki, o, Billiatla "Los Angeles Galaxy” klubunun da maraqlandığını qeyd edib.

"Bir neçə xarici klub Billiatla yaxından maraqlanır. Bu klublardan biri də ABŞ-ın "LA Galaxy" komandasıdır. Billiat gələn il xaricdə oynayacaq. O, Cənubi Afrikada qalmayacaq. Futbolçu indi də "Qarabağ"ın gündəmindədir və danışıqlar da yaxşı keçir. Hücumçu, çox güman ki, "Qarabağ"da çıxış edəcək", - futbolçunun meneceri deyib.