Löv: "Əminəm ki, Noyer dünya çempionatına gedəcək"


İdman 23 Mar 2018 14:53:00 297 0

Löv: "Əminəm ki, Noyer dünya çempionatına gedəcək"

"Bayern Munchen"in qapıçısı Manuel Noyerin zədəsi ətrafında müzakirələr davam edir. Goal.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv onun tez bir zamanda reablitasiyanı başa vuracağına inamını ifadə edib.

"Manuel qrafik əsasında bərpa prosesini keçir. Tez bir zamanda yüklənməni artıracaq. Əminəm ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində meydana çıxacaq və mütləq dünya çempionatına gedəcək".

Münhen klubu və Bundestimin sabiq qapıçısı Oliver Kan isə buna inanmır.

"Noyerin perspektivinə şübhə ilə yanaşıram. Onun durumu qeyri-stabildir. Dünya çempionatının startına cəmi 3 ay qalıb. Bu, neqativ nəticələrə səbəb ola bilər" - Kan deyib.