Sabahdan prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq
Siyasət 23 Mar 2018 14:35:00 241 0
Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.
Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.
Mənbə: milli.az