"Erməni qız paxıllıqdan səhnədə məni itələdi"


Şou-biznes 23 Mar 2018 14:36:00 307 0

"Erməni qız paxıllıqdan səhnədə məni itələdi"

ARB TV-nin "Səhər - Səhər" verilişinin növbəti qonağı Azərbaycanı 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli olub. 

Son.az bildirir ki, heç vaxt səhnədə həyəcan hiss etmədiyini deyən Səmra "Eurovision" səhnəsində yaşadığı anlardan danışıb:

"Səhnədə həyəcanlanmaq necə olur?! Mən onu hiss edə bilmirəm. Hətta bizimlə çalışan qrup da deyirdi ki, sən yeganə iştirakçısan ki, səhnəyə özünə güvənərək çıxdın. Düşmən ölkədən soyuqluq hiss etdim. Hətta səhnədə bir situasiya olmuşdu. Erməni qız gəldi məni itələdi. Mən orda reaksiya verə bilməzdim ona. Çünki orda hər şey başqa cürdür. O elə elədi ki, guya məni görmədi. Finala keçənlər təqdim ediləndə, mən ortada dayanmışdım. O da gəldi məni itələdi, bayrağı ilə durdu bir az yellədi, sonra qaçdı getdi qırağa. Başa düşmədim onu".


Xəbərə aid fotolar