"Chelsea" Luis Enrike ilə anlaşmaya yaxındır


İdman 23 Mar 2018 11:53:00 263 0

"Chelsea" Luis Enrike ilə anlaşmaya yaxındır

PSG “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike ilə danışıqları dayandırıb. Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Chelsea” ilə müqavilə bağlamağa yaxındır. Mövsümün sonunda Enrikenin London klubunda Antonio Konteni əvəz edəcəyi gözlənilir. PSG və “Chelsea” üçün alternativ variant əvvələr hər iki klubda çalışmış italyan mütəxəssis Karlo Ançelottidir. 2017-ci ilin payızında Ançelotti “Bayern Munchen”dən istefaya göndərilmişdi.

Daha öncə brazilyalı hücumçu Neymarın PSG rərhərliyindən kluba Enrikenin gətirilməsini istədəyini bildirilirdi.