Ağrıyla getdiyi xəstəxanada həyatının şokunu yaşadı


Dünya 23 Mar 2018 13:49:00 293 0

Ağrıyla getdiyi xəstəxanada həyatının şokunu yaşadı

Konyada 21 yaşlı II kurs tələbə Şerife Şimşek 2 il öncə apendisit ağrısıyla getdiyi həkimdə ürəyi və solda olmalı bəzi orqanlarının sağda olduğunu öyrənib.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, illərdir ürəyinin sağda olduğunu hiss etdiyini bildirən Şimşek: "Ürəyimin sağda olduğunu hiss edirdim, amma buna nə ailəm, nə də başqa biri inandı. Eşidəndə şok oldum" deyib.

Şerife Şimşek Konya Xəstəxanasına gedib. Burada ultramüayinə sonrası Şimşekin ürək, aorta, dalaq və mədəsinin sağda, qaraciyərinin isə solda olduğu ortaya çıxıb. Bu vəziyyətin Şimşekin sağlamlığına təsir edəcək bir problem yaratmadığı da təsdiqini tapıb.


Xəbərə aid fotolar