Afaq Gəncəli: "Onu çəkən kimi tapşırıq gəlir..."


Şou-biznes 23 Mar 2018 13:36:00 346 0

Afaq Gəncəli: "Onu çəkən kimi tapşırıq gəlir..."

"Uzun müddətdir mən müğənnilərlə çalışıram. Amma heç biriylə dostluq etmirəm. Etsəm, çalışa bilmərəm".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "ATV kulis" proqramında deyib. 

Aparıcı müğənnilər haqda açıqlama verib:

"Müğənnilərimizdə böyük kompleks var. Deyirlər, biz gəlirik, hər şeyi edəcəyik. Amma işin astarına gələndə "Onu verməyin, burdan çəkməyin". Nəsə çəkəndə tapşırıqlar gəlir, zənglər dayanmır. Biz necə dünya şou-biznesinə çıxaq? Mikrofonu görən kimi başlayırlar "yox-yox" deməyə. Birinci özlərində onu püxtələşdirsin, sonra dünya şou-biznesi haqda düşünsünlər.