Sürüşmə zonasında geniş qazma işlərinə başlanılacaq


Digərləri 23 Mar 2018 13:12:00 278 0

Sürüşmə zonasında geniş qazma işlərinə başlanılacaq

"Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş, buruq qazma işlərinə başlanılacaq".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.