Nazirlik: Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş qazma işlərinə başlanılacaq


Sosial 23 Mar 2018 12:36:42 310 0

Nazirlik: Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş qazma işlərinə başlanılacaq

Sakinlərin sürüşmə zonasında yerləşən evlərinə qayıtması məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, bununla bağlı qərar vermək hələ tezdir

“Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasındageniş, buruqqazma işlərinə başlanılacaq”.

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.

R.Həsənovunsözlərinə görə, ərazidə bir neçə ay araşdırma və digər müvafiq işləraparılacaq, işlər yekunlaşandansonra yekun rəy veriləcək: “Yekun rəydə ərazidəki sürüşmə sahəsinin, orada baş verən geoloji proseslərin dəqiq analizi veriləcək. Hazırda ərazidə müşahidə işləri aparılır”.

Sakinlərin sürüşmə zonasında yerləşən evlərinəqayıdıb-qayıda bilməyəcəyi məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, hələ bununla bağlıqərar vermək tezdir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının işi ərazidə olan geoloji proseslərə nəzarət etmək və qeydə alınan faktları qiymətləndirməkdir.Təbii ki, bu məsələyə də baxılacaq. Bəlkə də, sakinlərin evlərinə qayıtması mümkün olacaq, amma bu aparılacaq işlərin nəticələrindən vəyekun rəydənasılıdır”.