Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlandı


Digərləri 23 Mar 2018 12:26:00 243 0

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlandı

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov report-a açıqlamasında bildirib ki, son günlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.

Onun sözlərinə görə, ərazidə müşahidə işləri aparılır: "Bayıl sürüşmə sahəsinə reperlər, mayaklar quraşdırılıb. Hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmaz. Geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb. Ərazi daimi nəzarətdədir".