"Facebook" hesabları kütləvi şəkildə silinir


Dünya 23 Mar 2018 11:08:00 277 0

"Facebook" hesabları kütləvi şəkildə silinir

"Cambrigde Analytica" şirkəti ilə bağlı qalmaqal fonunda "#deletefacebook" - "Facebook hesabını ləğv et" çağırışlı fleşmob keçirilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bu heşteqlə çıxan məlumatlarda, populyar sosial şəbəkədən imtina və hesabın silinməsi ilə bağlı tövsiyə xarakterli resurslar təqdim olunur.

Kütləvi virtual aksiyaya "Cambridge Analytica" şirkətinin  50 milyondan çox "Facebook" istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən "Cambridge Analytica" seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.