Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı


Digərləri 23 Mar 2018 10:55:00 326 0

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

"Bayram günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

O bildirib ki, həmin müddətdə şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: "Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Daha 1 nəfər isə dərman zəhərlənməsi, 3 nəfər isə sərxoşluqla ilə bağlı şöbəyə gətirilib".