Bakıda yol polisləri soyğunçunu yaxaladı


Digərləri 23 Mar 2018 10:05:00 466 0

Bakıda yol polisləri soyğunçunu yaxaladı

Dünən səhər saatlarında Bakıda vətəndaşı qarət edən şəxs yol polisi tərəfindən yaxalanıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki,  Afyəddin Cəlilov küçəsində orta yaşlı kişinin əlindən mobil telefonu alınıb.

Həmin şəxs dərhal ərazidə xidmət aparan Bakı şəhər DYPİ-nin YPX Alayının Müşayət-eskort bölüyünün 2-ci tağımının əməkdaşı, polis kapitanı İlham Əliyevə yaxınlaşaraq bir nəfərin onun mobil telefonunu alıb qaçdığını bildirib.

99 YP 437 nömrəli patrul avtomobilində xidmət aparan inspektor digər həmkarı, serjant Mustafa Məmmədzadə ilə birlikdə onlara müraciət edən vətəndaşı maşına mindirərək soyğunçunun qaçdığı istiqamətdə hərəkət ediblər.

Polislərin yaxınlaşdığını görən soyğunçu telefonu yerə ataraq şübhə yaratmadan ərazidən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları onu Sabit Orucov küçəsində saxlayıblar.