Pentaqon Rusiyanın ABŞa yaratdığı təhlükənin səbəbini açıqladı


Dünya 23 Mar 2018 09:09:00 320 0

Pentaqon Rusiyanın ABŞa yaratdığı təhlükənin səbəbini açıqladı

Rusiya və Çin ABŞ və onun müttəfiqlərinə ciddi təhlükə yaradır, çünki Moskva və Pekin dünyadakı mövcud düzəni dəyişmək niyyətindədirlər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Con Rud Senatdakı dinləmələr zamanı çıxışında bildirib.

"Rusiya və Çin dünya düzənini və ərazi sərhədlərini dəyişmək niyyətindədirlər, buna görə bu iki dövlət ABŞ və müttəfiqlərinə ciddi təhlükə yaratmaqdadır", - deyə Con Rud qeyd edib.