Aİ ölkələri NATO ilə daha sıx əməkdaşlıq quracaqlar


Dünya 23 Mar 2018 09:13:00 255 0

Aİ ölkələri NATO ilə daha sıx əməkdaşlıq quracaqlar

Aİ Şurası  Avropa Komissiyası və Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə Aİ-də kimyəvi və bioloji təhlükəsizliyin möhkəmləndirilməsi, NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi və təhdidlərin qarşısının alınması üzrə görülən işlərə dair bu ilin iyununda məruzə etməyi tövsiyə edib.  

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ sammitinin yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

"Aİ birliyə daxil olan ölkələr və NATO üzvləri arasında daha sız əməkdaşlıq qurmaqla, kimyəvi, bioloji, radioloji və nüvə risklərinə qarşı dayanıqlılığını möhkəmləndirməlidir", - deyə bəyanatda bildirilir.