Bir ölkə sakininin orta hesabla hər ay xərci - STATİSTİKA


Digərləri 23 Mar 2018 09:08:51 252 0

Bir ölkə sakininin orta hesabla hər ay xərci - STATİSTİKA

Bir ölkə sakini orta hesabla hər ay 270 manat xərcləyir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda 2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olub. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,2 faiz üstələyib. Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub: Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 5 314,9 102,5 o cümlədən: ərzaq məhsulları 2 410,2 102,0 içkilər və tütün məmulatları 281,1 100,7 toxuculuq məhsulları, geyim və ayaqqabılar 949,6 103,0