Ər arvadını bıçaqlayaraq qətlə yetirib


Kriminal 23 Mar 2018 08:55:00 300 0

Ər arvadını bıçaqlayaraq qətlə yetirib

Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədcanova Türkanə Kamran qızı həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirirək hadisə yerində dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.