Vyetnamda yanğın baş verib, azı 13 nəfər ölüb


Dünya 23 Mar 2018 06:39:43 258 0

Vyetnamda yanğın baş verib, azı 13 nəfər ölüb

Bəzi insanlar özlərini alovdan xilas etmək istəyi zaman yuxarı mərtəbələrin pəncərələrindən özlərini ataraq ölüb

Vyetnamın Xoşimin şəhərində hündürmərtəbəli yaşayış evlərinin birində baş vermiş yanğın nəticəsində ən azı 13 nəfər həlak olub.

“Report” “RİA Novosti” – yə istinadən xəbər verir ki, bu barədə məlumatı VNExpress qazeti yayıb.

Yanğın, cümə gününə küçən gecə, 700-dən artıq ailənin yaşadığı 20 mərtəbəli binada baş verib.

Bəzi insanlar özlərini alovdan xilas etmək istədiyi zaman yuxarı mərtəbələrin pəncərələrindən özlərini ataraq ölüb.

Polisin verdiyi məlumata görə daha ən azı 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.