Bakıda gənc oğlan sübh saatlarında bıçaqlanıb


Sosial 23 Mar 2018 06:00:26 221 0

Bakıda gənc oğlan sübh saatlarında bıçaqlanıb

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir

Paytaxtın Binəqədi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Binəqədi qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Süleymanov Səmrah Ədalət oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə nəticəsində o bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Binəqədi Rayon Polis idarəsi faktla bağla araşdırma aparır.