ABŞ-da qaz sisternləri ilə yüklənmiş maşın hərbi bazaya daxil olaraq partladı, ölən var


Dünya 23 Mar 2018 06:21:24 272 0

ABŞ-da qaz sisternləri ilə yüklənmiş maşın hərbi bazaya daxil olaraq partladı, ölən var

Sürücü yerindəcə keçinib

Kaliforniya ştatında propan qazı ilə dolu sisternlərlə yüklənmiş avtomobil Trevis hərbi bazasının darvazaların sındırıraq içəriyə daxil olub və partlayıb.

Report xəbər verir ki, bu barədə məlumatı “CBS” telekanalı yayıb.

Qeyd olunur ki, maşın nəzarət buraxılış məntəqəsini adlıyaraq alışmağa başlayıb. Sürücü yerindəcə keçinib. Başqa heç kim xəsarət almayıb. Polisdə verilən məlumata görə, sürücü qəzanı bilərəkdən törədib və maşını özü yandırıb.

Onun kimliyi artıq məlumdur, lakin istintaq prosessinə manə olmamaq məqsədi ilə açıqlanmır. Hadisənin mümkün səbəbləri arasında terror aktı və intihar variantları var.

Araşdırma Federal Tədqiqatlar Bürosu və ABŞ Hərbi Güvvələrinin Xüsusi Araşdırma Şöbəsi tərəfindən aparılır.