Sumqayıtda 2 yaşlı körpəni avtomobil vurub


Sosial 23 Mar 2018 04:44:23 238 0

Sumqayıtda 2 yaşlı körpəni avtomobil vurub

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir

Sumqayıt şəhərindəyol-nəqliyyat hadisəsi zamanı körpə xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

Yol kənarında hərəkət edən 2016-ci il təvəllüdlü Yarməmmədov Fuad İlham oğlu qəfil avtomobilin qarşısına çıxıb. Nətiəcədə maşın onu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.