Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərdi


Dünya 23 Mar 2018 03:24:36 268 0

Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərdi

Onu səfir Con Bolton əvəz edəcək

ABŞ prezidenti Donald Tramp cümə axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasterin istefasını elan edib. Onu bu vəzifədə ABŞ - ın BMT- də daimi sədri olan Con Bolton əvəz edəcək.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı prezident öz Twitter səhifəsində yazıb.

“ 9 aprel 2018-ci ildən etibarənsəfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam”, - deyə, Tramp bildirib.