8 yaşında qara kəmər alan Tale


Digərləri 23 Mar 2018 03:30:00 305 0

8 yaşında qara kəmər alan Tale

Rusiyada doğulan Tale elə bu ölkədə də Azərbaycan bayrağını qaldırdı

Rusiyada doğulan Tale elə bu ölkədə də Azərbaycan bayrağını qaldırdı 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Karate olimpiya oyunlarının proqramına daxil edildikdən sonra dördilliyin ən mötəbər idman yarışında yeni medal ümidlərimiz yarandı. Son vaxtlar gənc və yeniyetmə karateçilərimizin beynəlxalq arenalarda uğurlu çıxışı da gələcək üçün ümid verir. Ötən ay Rusiyanın Soçi şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatı ölkəmizin karatedə daha böyük uğurlarının elə də uzaqda olmadığının sübutudur. İdmançılarımız qonşu ölkədə keçirilən mötəbər yarışda 6 medal qazandı ki, bu medallardan da dördünün əyarı qızıl oldu (biri gümüş, biri bürünc).

Soçidə bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndirən 4 karateçimizdən biri də Tale Yaqubov idi. Bu yazıda məhz gələcək üçün böyük ümid vəd edən yeniyetmə karateçimizdən bəhs edəcəyik. 

İlk addımlar         Tale 18 fevral 2003-cü ildə Rusiyanın Voloqda şəhərində dünyaya gəlib. Onun karate ilə tanışlığı çox erkən olub. Cəmi 3 yaş yarımlığında atası ona bu idman növünün ən sadə təmrinlərini öyrətməyə başlayır. Yeri gəlmişkən, Talenin atası Asif də vaxtilə karateçi olub. O, öz oğullarını da karateyə yazdırmaq qərarına gəlir. Asif bəy, böyük oğlu Turaldan sonra, kiçik oğlu Taleni də bu əlbəyaxa idman növünə yazdırmaq fikrinə düşür. Ata Yaqubov elə həmin vaxtlardan Taleni böyük qardaşının karate dərslərinə aparmağa başlayır. Kiçik oğlunun da bu idman növünə marağı olduğunu görən Asif bəy onu karateyə yazdırır. Talenin ilk məşqçisi Aleksandr Avdunin Anatolyeviç olur. Daha sonra isə Boris Smolinin rəhbərliyi altında məşq edir.  

O, elə ilk yarışda özünü göstərir. 5 yaşı olarkən, yaşıdları arasında keçirilən turnirdə birinci olur. Tale daha sonra qatıldığı yarışlarda bu ənənəni davam etdirir. Demək olar, qatıldığı hər 10 yarışdan 7-də birinci olan Yaqubov, Voloqda şəhər kubokunda, Moskva vilayət, Sankt-Peterburq şəhər birinciliyində çempionluğa sevinir.

Tale 10 yaşına kimi karatenin həm kumite, həm də kata növündə eyni anda, paralel şəkildə iştirak edir. Ata Yaqubovun fikrincə, katada çıxış etməyən karateçi kumitedə də özünü yaxşı tərəfdən göstərə bilməzdi. Belə olduğu halda, idmançının texnikası zəif olur. 10 yaşından sonra isə Tale bir yol seçir - kumite. O, 8 yaşında qara kəmər alır.      Tale 11 yaşında olarkən ailəsi Bakıya köçür. Ancaq o, burda da karatedən kənarda qalmır, paytaxtda Cahangir Babayevin rəhbərliyi altında məşq etməyə başlayır.     Soçi qızılı   Tale Bakıda da uğurlarını davam etdirir. O, əvvəlcə respublika çempionatında ikinci olur. 2016-cı ildə ölkə çempionu olan yeniyetmə karateçi, ötən il Bolqarıstanda keçirilən qitə birinciliyinə qatılma şansı əldə edir. Ancaq burda hakim haqsızlığı onun "qızıl"a gedən yolunu bağlayır. Tale yarışdan öncə Xorvatiyada keçirilən ənənəvi qran-pri yarışında məğlub etdiyi italyan idmançı ilə görüşdə hakim haqsızlığı ilə üzləşir. Belə ki, 0:0 nəticələnən döyüşün sonunda hakimlər qələbəni italyan idmançıya verirlər. Baxmayaraq, bütün görüş boyu hücumda olanməhz Tale idi.     Lakin idman haqsızlığı sevmir. Burda məşqlərdə tökülən tər, çəkilən əziyyət gec-tez arenada öz bəhrəsini verir. Haqq-ədalət isə bu il Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatında öz yerini tapır. 63 kq çəki dərəcəsində yarışan Tale, növbə ilə macar, alman, italyan və ispan rəqiblərini sıradan çıxararaq, həlledici görüşə vəsiqə qazanır. Gənc idmançımız finala qədər gedən bütün görüşlərində - italyan rəqibi ilə döyüşü (1:1) çıxmaq şərti ilə tam qələbə qazanır.

Finalda təşkilatçı ölkə - Rusiya təmsilçisi ilə qarşılaşan Yaqubov, çətin də olsa, bu görüşdən də qələbə ilə ayrılır (2:1). Beləliklə, yeniyetmə idmançımız karyerası ərzində hələ ki, ilk ciddi uğurunu qazanır.        Ailənin dəstəyi   Talenin özündən böyük qardaşının da bu idman növü ilə məşğul olması barədə məlumat verdik. Yaqubovlarda idmana həvəs isə babadan keçmiş ənənədir. Belə ki, Talenin babası da vaxtilə idmanla məşğul olub. O, peşəkar güləşçi olub.   Bir çox valideyn öz övladlarını döyüş idman növlərinə yazdıranda ilk məqsəd kimi onun möhkəm olmasını, özünü müdafiə edə bilməsini əsas götürür. Asif bəyin məqsədi isə təkcə özünü qoruya bilən övlad yox, məhz çempion yetişdirmək olub:


Xəbərə aid fotolar