"Həyat yoldaşımı bir aktyor kimi bəyənirəm" Gültac FOTO


Kriminal 23 Mar 2018 01:30:00 261 0

"Həyat yoldaşımı bir aktyor kimi bəyənirəm"  Gültac  FOTO

Gültac Əlili: Kiçik roldan elə bir obraz düzəldərəm ki, böyük rolu oynayan aktyor yanımda kölgədə qalar

Gültac Əlili: Kiçik roldan elə bir obraz düzəldərəm ki, böyük rolu oynayan aktyor yanımda kölgədə qalar 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Mart - bayramlar ayıdır. Bayrama bayram qatan isə mükafatlar, yəni çəkilən əziyyətlərin qiymətləndirilməsi olur. Bu dəfə də 10 mart Milli Teatr Günündə bir sıra sənət adamları mükafatlandırıldı. Onların sırasında Musiqili Teatrın tanınmış aktrisası Gültac Əlili də vardı. Teatrın sevilən aktrisası "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görüldü. Biz də aktrisanı təbrik edənlər sırasında olduq.

- Gültac xanım, mükafat almaq necə bir hissdir?

- Əlbəttə ki, mükafat almaq və mükafata layiq görülmək gözəl hissdir. İllərini teatra həsr etmiş sənətkarlar istər Teatr Xadimləri İttifaqı, istər işlədiyi teatr, istərsə də nazirlik tərəfindən mükafatlar gözləyir. Bu onların görəcəyi növbəti işlər üçün böyük bir stimuldur. Dəfələrlə mükafat alan bir aktrisa kimi deyə bilərəm ki, hər dəfə mükafat alanda daha səy və şövqlə çalışmaq istəyirəm. Avtomatik olaraq məndə ruh yüksəkliyi yaranır. O ki qaldı "Fəxri mədəniyyət işçisi" döş nişanı almağıma, gözləmirdim ki, bu bayram məhz məni bu mükafata layiq görərlər. Bu teatr mövsümündə səhhətimlə bağlı bəzi problemlər yaşadım. Özlüyümdə düşündüm ki, yəqin, bu mövsüm əvvəlki illərə nisbətən ciddi çalışmadığım üçün mükafata layiq görülməyəcəm. Ancaq yenə də məni bu mükafata layiq görən insanlara, başda da teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. Yəqin bundan əvvəl məhsuldar çalışıb, amma mükafat almadığım illəri nəzərə alıblar ki, bu dəfə məni belə bir gözəl mükafatla sevindirdilər.

- Açıqlamanızda bildirmisiniz ki, bu mükafatı almağınız o demək deyil ki, ona yalnız siz layiqsiniz. Mükafat almağınız hansısa həmkarlarınızda aqressiyaya səbəb olub ki?

- Mükafat almağım kimsədə qıcıq oyatmamışdı. Əksinə, dostlarım məni mükafat almağım münasibəti ilə təbrik etdilər. Təbii ki, onların içərisində səmimiyyətinə inandığım insanlar da var. Sizə qısa bir nümunə gətirəcəm. Bilirsiniz ki, həyat yoldaşım Hüseyn də mənimlə birlikdə çalışır. Fikirlərimin ən bariz nümunəsi elə Hüseyndir ki, o da mükafata layiq olanlar sırasında ola bilərdi. Niyə də olmasın?

- Yəni təbrik edənlər sırasında qeyri-səmimi olanları da hiss edirsiniz?

- Əlbəttə ki. Axı biz bunun məktəbini, taktikasını keçmişik. Kimin oynadığını, kimin qeyri-səmimi olduğunu həmin an hiss edirik. Kimi aldatsalar da, məni aldada bilməzlər.

- Təbrik gözlədiyiniz insanların hamısı sizi təbrik etdimi?

- Gözlədiyim insanların elələri var ki, məni təbrik etmədilər. Mən də onların böyüklüyünə sayıram. Düşünürəm ki, məşğuldurlar, bayramqabağıdır, bir çoxlarının məişət problemləri var və başları qarışıqdır. Canları sağ olsun. Mən kiçiyəm, heç vaxt öz olduğum yerdən yuxarını düşünən adam deyiləm.

- Bundan sonra hansı mükafatları gözləyirsiniz?

- Nə qədər mükafat varsa, hamısını gözləyirəm. Teatrı heç vaxt atmayacaq bir aktrisa kimi deyirəm, niyə də olmasın?! (gülürük)

- Bilirik və sizin də xatırlatdığınız kimi, həyat yoldaşınız Hüseyn Əlili də sizinlə bərabər Musiqili Teatrda çalışır. Həyat yoldaşınızla eyni sənətdə olmağın üstünlükləri nələrdir?

- Hüseyn məni çox gözəl anlayır. Biz onunla evdə rollarımızı birlikdə məşq edirik. O mənə sənətim və müxtəlif mövzularda dəyərli məsləhətlər verir. Onun sənət təcrübəsi mənimkindən artıqdır və mən onu bir aktyor kimi bəyənirəm. Hüseynin istedadına inanıram və məsləhətlərindən hər zaman xeyir görmüşəm. Hüseyn insan kimi də mülayim və səmimidir. Təbii ki, indi ideal insan yoxdur, onun da yaxşı olmayan tərəfləri var.

- Misal üçün?

- Bəzən sənət qısqanclıqları olur. Elə götürək bu mükafatı almağımı. Mükafatı evə gətirəndə, ona baxıb dedi ki, "təbrik edirəm, bilirsən ki, mənim üçün dəyərlisən, ancaq mən o teatrın səhnəsində oynayanda sən tələbə idin. Səncə, bu mükafata səndən öncə mən layiq deyildimmi?" Dedim, əlbəttə ki, layiqsən. Ancaq indi neyləyək ki, bu mükafata məni layiq görüblər? Yaxud da tərəf müqabilimlə hər hansı bir mövzunu müzakirə edirik. Bu, mübahisəyə çevriləndə, həyat yoldaşım yanımda olduğu üçün çalışıram ki, o mübahisəni etməyim. Çünki hansısa bir tərs fikir söyləyərəm. Onlar qarşı-qarşıya gələrlər, teatrda nalayiq vəziyyət yaranar. Bu kimi şeylər avantajsız tərəfləridir (gülürük).

- Bəs bütün günü bir yerdə olmaqdan sıxılırsınızmı?


Xəbərə aid fotolar