Tomislav Nikoliç: Azərbaycan və Serbiya “İpək Yolunun” inkişafına fəal töhfə verir


Digərləri 23 Mar 2018 01:02:00 218 0

Tomislav Nikoliç:  Azərbaycan və  Serbiya “İpək Yolunun” inkişafına fəal töhfə verir

Azərbaycan və Serbiya “İpək Yolunun” inkişafına birgə fəal töhfə verir

Bakı. Azərbaycan və Serbiya “İpək Yolunun” inkişafına birgə fəal töhfə verir. Azərbaycanın Serbiyadaki səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Serbiyanın nüfuzlu "Danas" qəzetinə müsahibəsində Serbiyanın sabiq prezidenti, Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın sədri Tomislav Nikoliç deyib. Onun sözlərinə görə, mart ayının ortalarında Azərbaycan Serbiyadan olan deputatların da iştirak etdiyi “İpək Yolu” boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin möhkəmləndirilməsində parlamentarilərin rolu mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi də bundan xəbər verir.