“Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”


Digərləri 22 Mar 2018 23:57:00 339 0

“Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”

Bakı Novruz bayramını qeyd edir. Şəhərin mərkəzi küçələri bayram rənglərinə boyanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, artıq iki gündür xüsusilə İçərişəhər, Fəvvarələr meydanı və Nizami küçəsi turistlərlə qaynayır.

Onların arasında ərəblər və İrandan gələn soydaşlarımız daha çoxdur. Fəvvarələr meydanındakı kafe, restoran və barların qarşısında ərəb dilində reklam lövhələri vurulub, hər yandan ərəb musiqilərinin sədaları eşidilir.

Mərkəzi küçələrdə əl işlərinin sərgi-satış yarmarkası keçirilir. Yarmarkalarda kəlağayı, milli geyimli oyuncaqlar, bəzək əşyaları, rəsm əsərləri satışa çıxarılıb. Nizami küçəsindən metronun "Sahil" stansiyasına qədər hər yerdə Dədə Qorqud, Keçəl və Kosa geyimli şəxslərə rast gəlinir. Onlarla öz telefonu ilə şəkil çəkdirmək 3 manata başa gəlir.

Turistlərin çoxluğundan istifadə edənlər də var. Məsələn, yarmarkanın giriş-çıxışında meymun və itlərlə dayanan şəxslər heyvanla şəkil çəkdirənlərdən 5 manat toplayırlar.

...İranın Ərdəbil şəhərindən gələn Nemət deyir ki, artıq 3 ildir Novruzu Bakıda qarşılayır. Yalnız kafelərdəki qiymətlərdən narazıdır. "Bakıdakı kafelər gözəldir, dadlı yeməklər verilir. Amma qiymət yüksəkdir. İçərişəhərdə kirayə qaldığım evin yaxınlığındakı kafedə səhər yeməyi 35 manata başa gəldi. Bu pulla Ərdəbildə 5 gün səhər yeməyi verirlər",-Nemət söyləyir.

Ərəb turistləri isə daha sərbəstdirlər. Kimi çömbəlib, gəlib-gedənləri seyr edir, kimi də milli musiqilərin sədaları altında oynayır.


Xəbərə aid fotolar