Millimiz Kosovoya uduzub


İdman 22 Mar 2018 23:56:00 301 0

Millimiz Kosovoya uduzub

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutub. Goal.az xəbər verir ki, yığmamız səfərdə Kosovo ilə görüşəcək. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyun idi. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

AVRO-2019-un seçmə mərhələsi

5-ci qrup

22 mart

Kosovo – Azərbaycan - 2:0

Qollar: F. Hasani, 54; B. Kolqeci, 61

Baş hakim: Donald Robertson

Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr

Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)

Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu