"Vatanım sensin"in aktrisası nişanlandı - fotolar


Şou-biznes 23 Mar 2018 00:00:00 292 0

"Vatanım sensin"in aktrisası nişanlandı -  fotolar

Kanal D-də yayımlanan "Vatanım sensin" serialının Efsunu - Merve Dizdar nişanlanıb. 


Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Merve aktyor Gürhan Altundaşarla ailə qurmağa hazırlaşır. 

Cütlük uzun müddətdir davam edən münasibətində ilk ciddi addımı atıb. Nişan mərasimində yalnız ailə üzvləri iştirak ediblər.

Nişandan şəkilləri sosial şəbəkədə paylaşan Dizdar "Yolların ən dəyərlisi... Yeni başlanğıcların ən gözəli, yolumuz daim eşq, hörmət və xoşbəxtliklə dolu olsun. Səni çox sevirəm, nişanlım" sözlərini yazıb.