Aşpazların pıçıldadığı kiçik sirlər


Digərləri 22 Mar 2018 23:25:00 291 0

Aşpazların pıçıldadığı kiçik sirlər

Sarımsağın dadını sevirsinizsə, qoxuya görə ondan imtina etməyə dəyməz. Olduqca faydalı tərəvəzi yemək yeyəcəyiniz qaba sürtün. Son.az bildirchin.az-a istinadən bildirir ki, ciyərin sərt alınmaması üçün onu sonda duzlayın. Piroqun üst hissəsinin yanmaması üçün üstünə nəm kağız yerləşdirin. Qaynadılmış yumurtanı doğrayarkən yumurta sarısının ovulmaması üçün bıçağı isti suya batırıb doğrayın. Lobyanın bişirərkən rəngini itirməməsi üçün tavanın qapağını açıq saxlayın.

Badımcanın acı alınmaması üçün onu sıxıb duzlayın. Az sonra soyuq su ilə yuyun. Fındığı qabığından daha tez təmizləmək üçün onu qaynar suda 3 dəqiqə saxlayın. Qurulayın və soymağa başlayın. Ətin qıpqırmızı qızarması üçün onun üzərinə xama və ya bal çəkin. Şorbanın daha ləzzətli olması üçün onu oddan götürməzdən öncə yerkökü şirəsi əlavə edin. Salata xüsusi dad qatmaq üçün ona vanil əlavə edin.