Qazlı suların zərərli təsiri


Digərləri 22 Mar 2018 22:50:00 257 0

Qazlı suların zərərli təsiri

Qazlı suları içməyi sevənlərlə yanaşı ondan iştahanı açmaq, həzm prosesini sürətləndirmək üçün istifadə edənlər də var. Lakin təəssüf ki, çox vaxt onun sağlamlığa vurduğu zərəri nəzərə almırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qazlı suları seçərkən bir sıra məsələlərə fikir vermək lazımdır. Amerika alimlərinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, həftə ərzində dörd qutu keyfiyyətsiz qazlı su içmək sümüklərdə qırılmağa meyillilik yarada bilər. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir, ifrat istifadə edilməsi isə mədə xorası ilə nəticələnir. Müalicəvi təsirə malik qazlaşdırılmış sulardan da ehtiyatla istifadə edilməsi məsləhətdir. Bəzən həkimin icazəsi olmadan dükanlardan alınıb içilən həmin qazlı sular xroniki xəstəliklərə səbəb olur.