Rihannanın açıqlamasından sonra “Snapchat”ın səhmləri dəyər itirdi


Digərləri 22 Mar 2018 22:40:00 292 0

Rihannanın açıqlamasından sonra “Snapchat”ın səhmləri dəyər itirdi

"Snapchat" tərəfindən "Would Your Rather!" adlı oyun üçün hazırlanan reklamda reper Kris Broun və müğənni Rihanna arasında 2009-cu ildə baş verən hadisələrə (reper müğənnini xəstəxanaya düşəcək qədər döymüşdü-red.) atmaca atılmışdı. Platforma hazırladığı reklam çarxı ilə qadına qarşı zorakılığı bir növ dəstəkləmiş olmuşdu.

Facemark.az xəbər verir ki, istifadəçilər tərəfindən gələn reaksiyalardan sonra, platforma adıçəkilən video çarxı yayımdan çıxartmış və üzr istəmişdi. Hadisələrin baş verdiyi ilk günlərdə Rihanna səssizliyini qoruyurdu, ta ki dünənə qədər. Belə ki, müğənni "Instagram" hekayələrində etdiyi paylaşım ilə baş verən hadisələrə reaksiyasını göstərdi.

Rihanna "Instagram" hekayələrində etdiyi paylaşımda deyir: "Snapchat, bilirsən ki, sən mənim sevimli platformam deyilsən. Amma mənə sadəcə bu pisliyin səbəbi maraqlıdır. Buna cahillik demək istərdim, amma bilirəm ki, bu qədər axmaq deyilsiniz. Ailə daxili zorakılıq qurbanlarını məyus edən və onları qəsdən məsxərəyə qoyan bir şeyi yayımlamaq üçün pul xərclədiniz. Məsələ, mənim şəxsi hisslərim ilə bağlı deyil. Amma keçmişdə ailə daxili zorakılığa məruz qalan və vəziyyəti hələ də danışmayan bütün qadınlar, uşaqlar, kişilər... Hamımızı məyus etdiniz. Utanın. Platformanızı da, üzrünüzü də atın getsin".


Xəbərə aid foto