Zərərli vərdişlərdən uzaqlaşıb milyonçu olan iş adamı


Digərləri 22 Mar 2018 21:55:00 297 0

Zərərli vərdişlərdən uzaqlaşıb milyonçu olan iş adamı

Khalil Rafat adlı iş adamı bir vaxtlar narkotik istifadəçisi olduğu halda sonradan milyonçu olması bir çoxlarına nümunə ola bilər. Rafat doqquz dəfə ölümdən döndüyü həyatını milyon dollarlıq meyvə suyu markasına liderlik edərək davam etdirir.

Son.az bizplus.az-a istinadən bildirir ki, Amerikada Ohio ştatında doğulan Rafat aktyor olmaq xəyalı ilə getdiyi Los Angelesdə arzusuna çata bilməyib və avtomobil yuma işinə başlayıb. Bir müddət bu işlə məşğul olduqdan sonra narkotiklə tanış olan Rafat, 2003-ci ildə polis tərəfindən tutulan zaman üzərində 50 kq kokain tapılıb. Daha sonrasında bir neçə dəfə həbsə atılan Rafat, sonda reabilitasiya mərkəzinə yazılıb və zərərli vərdişlərdən xilas olmağı bacarıb.

Qarşısına sağlam yaşamaq məqsədi qoyan Rafat ətrafında narkotik asılılığı olan insanları xilas etmək üçün Riviera Recovery adlı reabilitasiya mərkəzini qurub. Beləcə istədiyi meyvə sularını hazırlayıb müştərilərə 10 min dollar qarşılığında yeni bir həyat təqdim edir.