Çinlilər yeni smartfonu belə reklam etdilər – VİDEO


Digərləri 22 Mar 2018 21:40:00 285 0

Çinlilər yeni smartfonu belə reklam etdilər – VİDEO

Çində bazara çıxarılan AGM X2 dayanıqlı telefon üçün qeyri-adi reklam kampaniyası hazırlanıb.

Son.az facemark.az-a istinadən bildirir ki, AGM şirkətindən bildiriblər ki, reklam çarxı cari ilin yanvar ayından mobil video platforması olan "MIAOPAI"də yerləşdirilib. Çarxı izləyənlərin sayı isə 6 milyon nəfərdən çox olub.

Reklam filmi xəstəxanda başlayır. Qadın əməliyyat olunan yoldaşını gözləyir. Amma həkim gəlir və qadına deyir ki, bütün müdaxilələrimizə rəğmən, yoldaşınızı xilas edə bilmədik. Əlbəttə, qadın ağlamağa başlayır və dərin kədər içinə düşür. Həkim isə daha sonra sözünə davam edir və deyir ki, onun həyat yoldaşının şüuru rəqəmsallaşdırılıb və AGM X2 telefonun içinə yerləşdirilib.