"Facebook"un sahibindən qalmaqallı etiraf


Digərləri 22 Mar 2018 21:47:00 276 0

"Facebook"un sahibindən qalmaqallı etiraf

Zukerberq 50 milyon istifadəçinin məlumatlarının paylaşıldığını etiraf edib

"Facebook"un yaradıcısı olan Mark Zukerberq milyonlarla "Facebook" istifadəçisinin hesablarından icazəsiz toplanan fərdi məlumatların ABŞ və Böyük Britaniyada seçkilərə təsir etmək üçün qanunsuz istifadəsinə qarşı iddialara cavab verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mark Zukerberq "CNN" kanalına verdiyi müsahibədə sualları cavablandırıb.

Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Kembric Analytica" adlı təhlil firmasının 50 milyon "Facebook" istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və Böyük Britaniyada seçkilərə təsir etmək üçün qanunsuz istifadəsi ilə bağlı iddialar var.

Mark Zukerberq "Facebook"da məlumat sızması vəziyyətini ilk olaraq 2015-ci ildə öyrəndiyini qeyd edib. O, bundan sonra "Kembric Analytica" təhlil firmasına qarşı rəsmi tələb irəli sürərək "Facebook"dan əldə etdiyi məlumatları silməsinin lazım olduğunu bildirib.

Mark Zukerberq təhlil firmasının bu məlumatları sildiyini və bunun üçün rəsmi sənəd göstərdiyini vurğulayıb: "İnsanlar mənə bir şeyi edəcəklərinə dair hüquqi rəy göstərdikləri zaman buna inanıram. Açığı, bu, bir səhv idi. Bu cür səhvlərin gələcəkdə olmamasına əmin olmağımız lazımdır. Bu, baş verdiyi üçün, həqiqətən, çox təəssüflənirəm. İnsanların məlumatlarını qorumaq üçün məsuliyyətimiz var".