Amerikalıların başları bəladan açılmır VİDEO


Digərləri 22 Mar 2018 21:48:00 289 0

Amerikalıların başları bəladan açılmır  VİDEO

ABŞ-da son üç həftədə dördüncü dəfə fırtına baş verib, 4 mindən çox təyyarə reysi ləğv edilib

Son 3 həftədə dördüncü qar fırtınasının yaşandığı ABŞ-ın şimal-şərq bölgəsində 70 milyon insanın əziyyət çəkdiyi bildirilib. Fırtına səbəbindən 4 mindən çox təyyarə reysi ləğv edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünən gecə Filadelfiya və Vaşinqtonda başlayan intensiv qar və fırtına səhər saatlarında Nyu-Yorka çatıb. Paytaxt Vaşinqtonda bu gün federal hökumət və dövlət qurumlarının qapalı olduğu bildirilib və hər üç şəhərdə məktəblər tətil edilib.

Qar fırtınası nəqliyyata mənfi təsir edib. Nyu-Cersi ştatında və Nyu-York şəhərində qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu gün 9 min 800 aviareysdə gecikmə baş verərkən, 4 min 800 reys ləğv edilib.


Xəbərə aid video